İlham Əliyev Vladimir Putinə başsağlığı verib

29 Dekabr 2013 17:19 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: "Volqoqrad dəmir yolu vağzalında baş vermiş terror aktı nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.
Biz terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, kamikadze qadının bu gün törətdiyi terror aktı nəticəsində 14 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı açıqlanıb.


AzNews.az