Qızıldan paltar hazırlandı - FOTOLAR

29 Dekabr 2013 18:25 (UTC+04:00)
Türkiyədə bir zərgərin qızıldan paltar hazırlayıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 78 min hissədən ibarət olan qızıldan hazırlanan bu paltar 3 kq ağırlığındadır.

300 min lirə satış qiymətinə baxmayaraq, paltarı atrıq 8 nəfər alıb. Zərgərlik şirkətinin sahibi Ahmet Atakan qızıldan paltarı 6 ay əvvəl hazırlamağa başladığını, işlərinin isə 22 əyarlı qızıldan hazırlandığını bildirib.
Həmçinin, qızıldan düzəldilən paltarı 7 ustanın tək-tək işləyərək 15 gündə ərsəyə gəldiyini qeyd edib.

"Sata bilmərik dedik, amma satışı gözlədiyimizdən yaxşı oldu. İndiyə kimi 8 ədəd satmışıq. Sifarişlərimiz də var. Satmağa davam edəcəyik. Bu ilin sonuna ümumilikdə 10 paltar satacağıq. Bu paltarı almaq üçün növbədə gözləyən də var. Müştərilərimiz daha çox iş adamları və ağalardır. Paltarın qiyməti xanımın ölçülərinə uyğun olaraq artır",-deyə Atakan əlavə edib.

AzNeüs.az