Bakıda 5 avtomobil toqquşub

29 Dekabr 2013 18:31 (UTC+04:00)
Bakıda 5 avtomobilin toqquşması ilə nəticələn zəncirvari qəza baş verib.
APA TV-nin xəbərinə görə, hadisə Xalçaçılıq Muzeyinin yanında baş verib. Qəzaya "VAZ 2107" markalı avtomobilin səbəb olduğu bildirilir. "VAZ 2107" avtomobillərdən birinə dəydikdən sonra "Hyundai", "Honda", "Mercedes" və "Porsche" markalı avtomobillər biri-biri ilə toqquşaraq əzilib. Hadisə nəticəsində avtomobillər zədələnsə də sürücülərdən və sərnişinlərdən xəsarət alan olmayıb. Avtomobillər evakuasiya olunub.

AzNews.az