Volqoqradda terror törədən kişi olub - Ən son xəbərlər
29 Dekabr 2013 21:51 (UTC+04:00)
AzNews.az İNTERFAX - a istinadən xəbər verir ki, Volqoqrad vağzalında teror aktı törədənin kişi olduğu müəyyənləşib. Halbuki ilkin xəbərlərdə bu hadisəni törətməkdə Dağıstan əsilli Oksana Arslanova şübhəli bilinirdi.
Verilən xəbərə görə terrorçunun bütün əlamətləri müəyyən olunub, amma adı hələ ki,gizli saxlanılıb. Amma sonradan müəyyənləşib ki, terrorçu slavyan formalı kişi olub. Şübhəlinin familiyasının Popov olması ehtimal edilir. Bu versiyanı dəqiqləşdirən səbəb partlayış yerində qumbara hisəsinə yapışmş kişi barmağı olub. Hadisə yerində həm də qadın başı tapılmışdı, məhz buna görə elə hesab olunmuşdu ki, terrorçu qadın olub. İndi isə güman edilir ki, qadın partlayış zamanı yaxınlıqdan keçən birisi olub. Hadisə yerində tapança və partlamamış qumbara da götürülüb.
Xatırladaq ki, bu gün günortadan sonra Volqoqrad dəmiryol vağzalında partlayış törədilib. Ən son məlumatlara görə terakt nəticəsində 16 nəfər ölüb, 44 nəfər yaralanıb, xəsarət alanlardan 37 nəfəri xəstəxanalara yerləşdirilib, 7 nəfər ambulator müalicəyə göndərilib.
Hazırda Volqoqradda 15 günlük yüksək terror təhlükəsi elan edilib.
Azər
AzNews.az