Alkoqol satdığına görə kafe sahibi güllələndi

29 Dekabr 2013 23:01 (UTC+04:00)

AzNews.az Vesti RU - ya istinadən xəbər verir ki, Dağıstanda, Maxaçkala - Xasavyurt yolunda yerləşən kafenin sahibi naməlum şəxslər tərəfindən güllələnib.
Naməlum şəxs kafeyə daxil olub, kafenin sahibini güllələyib və hadisə yerindən uzaqlaşıb.
Qatilin şəxsiyyəti müəyyənləşdirilir. İstintaq aparılır.
Polisə məlum olub ki, öldürülən şəxsə quldurlar dəfələrlə kafedə spirtli içki satmamaq barədə xəbərdarlıq ediblər. Güman edilir ki, kafe sahibi bu xəbərdarlığa əhəmiyyət vermədiyinə görə cəzalandırılıb.

Əli
AzNews.az