Hakim partiyadan Fəthullah Gülənə çağırış: “Ölkəyə qayıt“

30 Dekabr 2013 09:25 (UTC+04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Əli Şahin hazırda ABŞ-da yaşayan nüfuzlu islam ictimai din xadimi Fəthullah Güləni ölkəyə qayıtmağa çağırıb.

Trend-in verdiyi məlumata görə, M. Ə. Şahin deyib ki, Türkiyədə baş vermiş korrupsiya qalmaqalına aydınlıq gətirmək üçün F. Gülən ölkəyə qayıtmalıdır. Qeyd edək ki, Türkiyə KİV-i ölkədə baş verən son hadisələrin arxasında F. Gülənin dayandığını bildirir. F. Gülən isə baş verənlərdə iştirakını inkar edir.

AzNews.az