Şumaxer beynindən əməliyyat olunacaq

30 Dekabr 2013 09:46 (UTC+04:00)

"Formula-1" yarışlarının yeddiqat çempionu Mixael Şumaxer səhhəti kritikdir.

AzNews.az-ın Almaniya mediasına istinadən verdiyi məlumata görə, baş-beyin nahiyyəsindən ciddi zədə alan M. Şumaxer komaya düşüb.

İdmançının müalicə olunduğu Qrenobl şəhərində xəstəxanadan bildirilib ki, M.Şumaxerin durumunun ağırlaşdığından neyro-cərrahi müdaxiləyə qərar verilib.

Qeyd edək ki, Fransanın dağ-xizək mərkəzlərindən biri olan Meribeldə ailəsi ilə istirahət edən Mixael Şumaxer xizək sürən zaman yıxılıb və baş-beyin nahiyyəsindən xəsarət alıb.

AzNews.az