Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycana gələcək

30 Dekabr 2013 10:03 (UTC+04:00)
Türkiyə Respublikası Silahlı Qüvvələri ali rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən gercəkləşdirilir.

Səfər gələn il yanvarın 7-dən 9-dək olan müddətdə baş tutacaq.
Bununla yanaşı, Azərbaycan-ABŞ iş planına əsasən, gələn il yanvarın 10-da Almaniyada "Qara Dəniz Rotasiya Qüvvələri-2014" təliminin Əsas planlaşdırma konfransı keçiriləcək.

Yanvarın 15-17-də Belçikanın Brüssel şəhərində hərbi məlumatların mübadiləsi üzrə "VERITY" seminarı keçiriləcək.
Yanvarın 20-dən aprelin 11-dək Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Böyük Britaniyada hərbi ingilis dili kursu təşkil olunacaq.

Gələn il yanvarın 21-23-də Almaniyada NATO-nun Siyasi və Tərəfdaşlıq Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında növbəti "NATO-nun Tərəfdaşlığı - Oberammerqau Simpoziumu" keçiriləcək.

AzNews.az