Qızıldaşda aksiya keçirilir- FOTO

30 Dekabr 2013 10:51 (UTC+04:00)
Bakının Qızıldaş qəsəbəsinin sakinləri dekabrın 28-də Bakı-Şamaxı yolundan baş verən dəşhətli yol qəzasında ölən həmyerliləri ilə bağlı aksiya keçirirlər.

100-dən çox sakin Yol Patrul Xidmətinin hadisəyə səbəb olan əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayevin bildirdiyinə görə, narazı sakinlər dinlənilib, araşdırmalar əsasında hadisənin günahkarları barəsində hüquqi tədbir görüləcək.

Aksiya davam edir.(musavat.com)