Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi

30 Dekabr 2013 12:55 (UTC+04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, G. Hacıbəyli M. Mehdiyevin Cinayət Məcəlləsinin 147.1 (Kütləvi informasiya vasitəsində böhtan yayma), 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148.1-ci (təhqir) maddələri ilə cəzalandırılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

Apellyasiya şikayəti həmin qərardan verilib.

AzNews.az