Polis şaxta baba və qar qız libasında- FOTOLAR

30 Dekabr 2013 14:54 (UTC+04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda qayda pozan sürücülər üçün maraqlı reyd təşkil ediblər.


BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzNews.az-a verdiyi məlumata görə, DYP "Yolardan həmrəy olaq, təhlükdən uzaq olaq" şuarı ilə paytaxt yollarında maraq doğuran tədbir keçirib.

Belə ki, gün ərzində Bakıda saxlanılan 60-a yaxın sürücü törətdiyi qayda pozuntusuna görə, polis tərəfindən saxlanılsa da onlarla bağlı protokol tərtib edilməyib. Sürücülər protokol, əvəzinə təbrik görüblər.

Aksiya çərçivəsində yol patrul xidməti əməkdaşları şaxta baba və qar qız geyimində xidmət aparıblar. Sürücülər yol-hərəkət qaydalarının pozulmaması üçün həmrəyliyə dəvət ediliblər.

V. Əsədov deyib ki, polislərin şaxta baba və qar qız geyimində sürücüləri təbrik etməkdə məqsədi, istənilən şəraitdə insanların yanında olmaq niyyətimizi açıqlamaqdır.

O, aksiyanın maarifləndirici xüsusiyyətli olduğunu da qeyd edib.

Amid Əyyuboğlu
AzNews.az