Rza Zərrab Ebru Gündəş və İbrahim Tatlısəslə görüşüb

30 Dekabr 2013 20:13 (UTC+04:00)
Dekabrın 17-də keçirilən böyük rüşvət əməliyyatının açar şəxsi kimi təqdim edilən Rza Zərrab dekabrın 30-da saxlandığı Metris cəza evində həyat yoldaşı Ebru Gündəş və ünlü müğənni İbrahim Tatlısəslə görüşüb. Hər iki şəxsi Rza Zərrabın vəkili Şeyda Yıldırım müşayiət edib. Dekabrın 30-da onun vəkilləri Rza Zərrab haqda həbs qərarından şikayət veriblər.(Musavat.com)