Türkiyəyə 100 milyardlıq zərbə
30 Dekabr 2013 21:54 (UTC+04:00)
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Baş nazirinin müavini Bülənd Arınc ilin yekununa aid keçirilən tədbirdə bildirib ki, "Böyük rüşvət" əməliyyatları nəticəsində ölkəyə 100 milyarddan çox ziyan dəyib. Türkiyədə siyasi sabitlik pozulub.
"Yaxın vaxtlarda hökumət bu problemə aydınlıq gətirəcək. Sabahdan maliyyə və iqtisadiyyata cavabdeh nazirlər açıqlamalar verəcəklər", deyə Arınc qeyd edib.
Xatırladaq ki, 30 dekabrda 10 yeni nazir təyin edildikdən sonra Türkiyə hökuməti ilk toplantısını keçirib.
Azər
AzNews.az