Panetta: “İsrail İrana hücum qərar verməyib”

15 Avqust 2012 15:16 (UTC+04:00)
ABŞ-in müdafiə naziri Leon Panetta İranın nüvə proqramına qarşı hərbi variantın yalnız diplomatik yollar tükəndikdə son çarə kimi istifadə olunacağını bildirib. Nazir bunu son günlərdə İsrail yetkililərinin İrana qarşı hərbi müdaxilə barədə bəyanatlarına münasibət bildirərkən deyıb.

Qeyd edək ki, İsrailin ABŞ-dakı səfiri İrana verilən firsətin getdikcə daraldığını bildirərək yolun sonunda hərbi müdaxilənin gözlənildiyini vurğulamışdı. Amerikalı nazir bildirib ki, İrana qarşı hələ də sanksiya və diplomatik təzyiqlər imkanı var. Leon Panettanını sözlərinə görə, İran Suriyada yeni hərbi dəstələrə maddi yardım göstərməklə yanaşı, onlara hərbi təlim verir.

İranın yeni hərbi dəstələr yaratmasında məqsəd Əsəd qüvvələrinin müxaliflərlə döyüşündə birinciyə yardım etməkdir. Hərbi dəstələrın əsasən Suriya şiələri və ələvilərdən ibarət olduğu açıqlanıb.

Alpər
AzNews.az