Suriyada Türkiyə vətəndaşı öldürüldü

16 Avqust 2012 14:15 (UTC+04:00)


Suriyanın Aleppo şəhərində hökumət qüvvələri ilə silahlı müxaliflər arasında gedən döyüşlərdə Türkiyə vətəndaşı qətlə yetirilib. AzNews.az hurriyetdailynews.com saytına istinadən xəbər verir ki, Metin Ekinci indiyə qədər Suriyada qətlə yetirilən 23-cü türkdür.

Qeyd edək ki, Suriya dövlət televizyası Metin Ekincinin öldürüldüyünü təsdiqləyən görüntülər yayımlayıb. Onun şəxsiyyət vəsiqəsi və dəfn mərasimi nümayiş etdirilib. Bunula belə, onun hansı səbəbdən və hansı şəraitdə öldürüldüyü barədə məlumat verilmir.

Sadiq
AzNews.az