Təhsil Nazirliyi şagird qəbuluna başladı

16 Avqust 2012 15:16 (UTC+04:00)



2012-2013-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbuluna başlanılıb. AzNews.az-a Təhsil Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sənəd qəbulu avqustun 15-dən 31-dək, şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək davam edəcək.

Qeyd edək ki, növbəti tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 20380 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17660 nəfər, ödənişli əsaslarla 2720 nəfər olacaq. Buraxılış planının isə 13238 nəfər, o cümlədən ödənişli əsaslarla 1950 nəfər olacağı proqnozlaşdırılır.

Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 144, 72, nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılması qərara alınıb.


Sevinc

AzNews.az