“Buna həkimlər qərar verəcək” – Xalq şairi İsraildən açıqlama verdi
14 Yanvar 2014 14:37 (UTC+04:00)
"Yenidən İsrailə gəldim. Müalicəm qaldığı yerdən davam edir".
Bunu AzNews.az-a xalq şairi Vaqif Səmədoğlu bildirib.
Azərbaycana nə vaxt dönəcəyini deməkdə çətinlik çəkən şair buna həkimlərin qərar verəcəyini söyləyib:
"Hələ buradayam. Bilmirəm nə vaxt qayıdacam. Buna həkimlər qərar verəcək. Həm də bu müalicənin necə nəticə verəcəyindən asılıdır".
Xatırladaq ki, Vaqif Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir.
Bahar Rüstəmli
AzNews.az