Nisə Qasımova prodüserini qovdu

16 Avqust 2012 18:46 (UTC+04:00)


Əsəbləri tarıma çəkilən müğənni sonda prodüseri, eyni zamanda ailə dostu olan Hamleti işinin öhdəsindən gələ bilmədiyinə görə işindən qovub. Bunu "Aznews.az" açıqlamasında müğənninin həmkarlarından biri bildirib.

Müğənninin prodüseri Hamlet "Aznews.az"a işindən çıxdığını həqiqətən də təsdiqlədi:"Nisə xanım bizim sevilən sənətkarımızdır. Biz onunla ailəvi dostuq. İş birliyimiz ayrılsa da ailəvi dostluğumuz davam edir".

Siz isinizdən özünüz ayrılmısınız, yoxsa müğənni tərəfindən qovulmusunuz sualına prodüserin cavabı belə oldu: "Bunu sizə Nisə xanım deyib?!"

N.Qasımovanın köməkçisi isə yayılan xəbərə belə münasibət bildirdi: "Bu xəbər mətbuata bizim tərəfdən ötürülməyib".

Lalə
AzNews.az