Diqqət: bu qidalar beyni öldürür
16 Yanvar 2014 18:00 (UTC+04:00)
Yediklərimizə nəzərət edərək daha sağlam həyat sürmək mümkündür
Anspress-in məlumatına görə, "Daily Mail" qəzeti beyni öldürən 11 qidanın adını açıqlayıb.
1.Şəkər və şəkər məhsulları
Uzun müddət şəkərli qidalardan istifadə nevroloji problemlərə səbəb olur. Yaddaşı, öyrənmə qabbiliyyətini zəiflədir.
2. Spirtli içki
İçki qaraciyəri dağıdır. Amma onun başqa təsiri də var. Belə ki, içki beyinə də ciddi ziyan vurur, düşünmək, yaddaş, öyrənmək qabiliyyətini zəiflədir.
3. Fastfud
Fastfud beyinin quruluşunu dəyişir. Bu da depressiyaya yol açır.
4.Qızarmış yeməklər
Bütün işlənmiş qidaların tərkibində kimyəvi əlavələr var. Bu da beyinə xəsarət vurur, beyin sinirlərini zədələyir.
5. İşlənmiş qidalar
Bu tip yeməklər mərkəzi sinir sistemini dağıdır. Daha yaşlı vaxtlarda alzeymer xəstəliyi riskini artırı.
6. Duzlu qidalar
Duzun qəlbə zərərini hamı bilir. Onun tərkibindəki maddələr beyin fəsadları da yarada və düşünmə qabiliyyətini zəiflədə bilər.
7.Taxıllar
Taxıllılardan həddindən çox istifadə sürətli yaşlanmaya səbəb ola, beyinin funksiyalarını poza bilər.
8. İşlənmiş proteinlər
Proteinlər əzələ yaradıcıdır. Ən yüksək protein qaynağı ətdir. Ancaq işlənmiş ət məhsullarındakı proteindən uzaq durmaq məsləhətdir. Təbii proteinlər sinir sisteminin fəaliyyəti üçün faydalı olsa da, sünilər tam əksidir.
9. Trans yağlar
Trans yağların hamısından uzaq durmaq lazımdır. Bu yağlar ürək damar problemləri, piylənmə, xolestrol kimi xəstəliklərə yol açır. Refleksləri öldürür, beyinin fəaliyyətini zəiflədir. İflic riskini artırır, Alzeymer xəstəliyini ortaya çıxarır.
10. Süni dadlandırıcılar
Az kalorili olsalar da, süni dadlandırıcılar uzun müddət istifadə edildikdə zehni pozğunluqlara yol aça bilər.
11. Nikotin
Nikotinin zərərlərini saymaqla bitirmək olmaz. Bu maddə beyində qan dövranına mane olur. Nəticədə oksigensiz qalan beyin yavaş-yavaş məhv olur və fəaliyyətini yerinə yetirə bilmir.
AzNews.az