İran zələzlə büdcəsini əvvəlcədən xərcləyibmiş

17 Avqust 2012 12:34 (UTC+04:00)
İran müxaliflərinə yaxın "Kəlmə" saytı Cənubi Azərbaycanda baş verən zəlzələ bölgəsinə yardımların göndərilməsindəki gecikmələrin şok səbəblərini açıqlayıb.

AzNews.az-ın məlumatına görə, "Kəlmə" saytı ölkə büdcəsində fövqəladə hallar üçün ayrılan vəsait əvvəlcədən subsidyaların verilməsi və Həzrəti Məsumənin qəbrinin yenidən bərpasına xərcləndiyini yazıb.

Millət vəkili Seyid Cəlal Yəhyazadə parlamentdə çıxışı zamanı hakimiyyəti kəskin tənqid edib: "Fövqəladə hadisələrə ayrılan büdcə başqa yerlərə xərclənməsəydi indiki böhranı nəzarət altına almaq mümkün olardı".

Yəhyazadə fovqəladə hallara ayrılan büdcə vəsaitinin xərclədiyini sahələri də sadalayıb:"Subsidiyaların verilməsi, Tehranın "Cümə namazı" meydanının bərpası, Qişm adasının təminatına və s."

Alpər
AzNews.az