Primadonanın yubileyinə 1 il qaldı - Video

17 Avqust 2012 15:09 (UTC+04:00)

Bu gün səhnəmizin Primadonnası adlandırılan xalq artisti İlhamə Quliyevanın doğum günüdür. Onun 69 yaşı tamam olur. İlhamə xanım haqqında qısaca avtobioqrafik məlumat belədir. Quliyeva İlhamə Məzahir qızı Lənkəran şəhərində doğulub. O, məşhur xanəndə Tükəzban İsmayılovanın qızıdır.


İlhamə xanım 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-70 illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-80 illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Xalq artisti adını ona 1998-ci ildə mərhum prezident Heydər Əliyev verib.


İlhamə xanım "Şöhrət" ordeni ilə təltif edilib. O, Azərbaycanla yanaşı Dağıstanın da (2008-ci ildə) xalq artistidir. Özünə "Primadonna" təxəllüsünü götürüb. Onun ən sevilən mahnıları Yaşın nə Fərqi var (duet Rəşad İlyasov) ,Neylərsən, Qara Gilə ( duet Dəyirman qrupu), Sevgi Hekayəti, Unut məni, Gedirəm , Darıxmışam və s-dir.


Biz də AzNews.az kollektivi adından İlhamə xanımı təbrik edir, ona can sağlığı və işlərində daimi uğur arzulayırıq.




Əminə

AzNews.az