DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya-Azərbaycan oyununun başlama saatı dəyişdirilib.
AzNews.az xəbər verir ki, bu addım teleyayımla əlaqədar atılıb. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə sentyabrın 12-də saat 01:00-da deyil, 00:15-də başlayacaq.
Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu Braqa şəhərindəki "AXA Stadium"da keçiriləcək.
Bahadur
AzNews.az