Amerikalı həmsədrdən Dağlıq Qarabağla bağlı açıqlama
25 Yanvar 2014 12:49 (UTC+04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini tapmaq üçün bütün tərəflərin böyük siyasi səy göstərmələri tələb olunur.
Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.
Amerikalı diplomat qeyd edib: "Bu məsələdə status-kvo qəbuledilməzdir".
AzNews.az