İlham Əliyev general-qubernatoru təbrik etdi
25 Yanvar 2014 20:26 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Kventin Braysa ölkənin milli bayramı - Avstraliya günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın inkişafı yolunda bundan sonra da birgə səylər göstəriləcəyi vurğulanıb.
Dövlətimizin başçısı əlamətdar gün münasibətilə General-Qubernatora ən xoş arzularını çatdırmış, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyib. (AzərTac)