Tamara Sinyavskaya: “Zaman Müslümün yoxluğunu mənə unutdura bilməz“

18 Avqust 2012 11:09 (UTC+04:00)


"Zamanın keçməsi Müslümün yoxluğunu mənə unutdura bilməz. O, evdə də səhnədə olduğu kimi idi". Bu sözləri AzərTAc-a müsahibəsində Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya deyib. T.Sinyavskaya bildirib ki, o, ciddi və məsuliyyətli sənətkar, əsl ziyalı, ləyaqətli insan idi. Müslüm Maqomayev yeni istedadlı gənclər, yaxşı ifaçılar ortaya çıxanda qəlbən sevinir və heç kimi mühakimə etmirdi.

Özünün də müğənni olduğunu qeyd edən Tamara Sinyavskaya ifaçı üçün pərəstişkarların çoxluğunun vacibliyini, onların münasibətinin böyük əhəmiyyət daşıdığını deyib, birgə ömür sürdükləri müddətdə hər ikisində pərəstişkarların münasibətindən doğan qısqanclığın olmadığını diqqətə çatdırıb.
Sinyavskaya Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu tərəfindən və cari ilin oktyabrında da keçiriləcək ikinci Beynəlxalq müsabiqəsinin böyük sənətkarın 70 illik yubileyinə həsr olunacağını bildirib.

AzNews.az