Hüseyn Aygünün qaçırılma detalları ortaya cıxdı

18 Avqust 2012 11:26 (UTC+04:00)


PKK terorçuları tərəfindən qaçırılan türk deputatla bağlı yeni detallar ortaya çıxıb. Türkiyə mətbuatı Hüseyn Aygünün azad edilməsində rolu olan "Bahoz Erdal" kod adlı Feyman Hüseynlə "Seyitxan" kod adlı Serdar Özdemir arasında telefon danışığının stenoqramını ələ keçirib.

Hüseyn deputatın qaçırılmasından çox hiddətlənib- " bu necə işdir, bu necə hərəkətdir? Ancaq Hüseyn Aygünümü tapa bildiniz? Bu düzgün deyil, doğru hərəkət deyil. Sizə adam qaçırın dedik amma bu qədəri doğru deyil".
Qaçırılma hadisəsi ilə bağlı daha bir detal isə "Facebook" sosial şəbəkəsi ilə bağlı olub. Belə ki, PKK-lı terorçular onu sosial şəbəkisində "Ovacıka gedirəm" xəbərindən sonra izləməyə başlayıblar. Ovacıkdan qayıdarkən isə onu avtomobillə izləyərək qaçırıblar.
Türk mətbuatında yer alan Feyman Hüseynlə "Munzur" koda adıyla danışan Serdar Özdəmir arasında söhbəti təqdim edirik.

Telefon danışığından çıxarılanlar belədir:

Roj: Hüseyn Aygünü həqiqətən bizə bağlı qruplarmı qaçırdı? Bu həqiqətdir yoxsa, başqaları qaçırdı?

Munzur: Düzdür. Azadın qrupu qaçırıb. İndi Azadın yanındadır. Mənə məlumat gecə yarısından sonra verildi.

Roj: Bu necə işdir, bu necə hərəkətdir? Ancaq Hüseyn Aygünümü tapa bildiniz? Bu doğru hərəkət deyil və əsla qəbulonmaz bir addımdır. Sizə adam qaçırın dedik. Amma bu qədər də yox. Belə bir addım atılacaqdısa, öncə əsas qərargahın rəyi alınmalı idi. Mərkəzi qərar olmalı idi . Bu başısoyuqluqdur.

Munzur: Düzdür bizə belə bir təlimat verilmədi. Azadın qrupu onu öz təşəbbüsü ilə qaçırıb. Əsas qərargahın aldığı qərar deyil.

Roj: Biz sizə öz təşəbbüsünüzlə hər istədiyiniz hərəkəti edin dedik. PKK həqiqətlərini anlamağınız bilməyiniz lazımdır. Niyə özbaşnalıq edilir? Bu necə hərəktdir ki, yuxarıların xəbəri yoxdur? Belə bir həsas bölgədə Hüseyn Aygün qaçırılır. Vəziyyəti necə düzəldəcəksinizsə düzəldin.

Munzur: Aydındır. Təlimatınız nədirsə yerinə yetirək.

Roj: Seyitxan, sən şəxsən məşğul ol. Qrupun rəhbəri Azad sabah gəlsin yanına. Mən onunla əlaqə saxlayacam. Belə bir məsuliyyətsizlik ola bilməz.

Munzur: Aydındır. Azad sabah burada olacaq.

Roj: Sabah Azadla danışacağam, yanıma gətirin. Hüseyn Aygünün təhlükəsizliyi təmin olunsun. Başından bir tük əksik olsa məsuliyyəti sənin üzərindədir. Bir daha belə özbaşna hərəkətlərə yol verilməyin. Hüseyn Aygün ən qısa vaxtda, yəni sabah sərbəst buraxılsın. Ən təhlükəsiz metodlardan istifadə edib azad edin.


Qeyd edək ki, Hüseyn Aygün bir neçə gün əvvəl Ovacık ziyarətindən dönərkən PKK terorçuları tərəfindən qaçırılmışdı.

Sadiq
AzNews.az