Azərbaycan Premyer Liqasında III tur başlayır

18 Avqust 2012 12:56 (UTC+04:00)
Bu gün Premyer Liqada III tur start götürür. Turun ilk günündə 4 qarşılaşma baş tutacaq. Bu qarşılaşmalardan 2-si paytaxtda, 2-si kənarda keçiriləcək. AzNews.az-ın məlumatına görə, mövsümə uğursuz başlayan "Kəpəz" liderlərdən biri AZAL-la ev oyununda ilk xalını qazanmağa çalışacaq.

Çempionatdakı yeganə oyununda məğlub olan "Neftçi" isə son vaxtlar özü üçün məğlubedilməz olan "Qəbələ" ilə görüşəcək. Fatih Kavlakın baş məşqçi postuna təyinatından sonra "Qəbələ" son Azərbaycan çempionunu xala da həsrət qoyub.

Hesabında 2 heç-heçə olan "Simurq" isə "Turan"ı qəbul edəcək. Turun ilk gününə paytaxt derbisi ilə yekun vurulacaq. Hərəyə 1 xal toplayan "Rəvan" və "Bakı" ilk qələbə üçün mübarizə aparacaqlar.

Bu gün keçirilən oyunlar...

"Kəpəz" – AZAL 18:00 Gəncə. Şəhər stadionu
"Neftçi" – "Qəbələ" 18:00 Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
"Simurq" – "Turan" 19:00 Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
"Rəvan" – "Bakı" 20:00 Bakı. "Dalğa Arena" stadionu

Bahadur Eyuboğlu
AzNews.az