Azərbaycanlı ailə Ermənistandan sığınacaq istəyib
31 Yanvar 2014 10:02 (UTC+04:00)
Azərbaycanlı ailə Ermənistandan siyasi sığınacaq istəyib.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Arovat.am saytı yayıb.
5 nəfərlik ailə Ermənistan-Gürcüstan sərhədində gömrükdə öz istəklərini bəyan ediblər.
Hadisə yanvarın 29-da baş verib.
Ata, ana və onların 3 övladının Azərbaycan vətəndaşı olduğu bildirilsə də, onların sığınacaq istəməsinin səbəbi və adı açıqlanmır.
Elnarə
AzNews.az