Qəbiristanlıqda bıçaqlanma

20 Avqust 2012 15:15 (UTC+04:00)

Bakıda qəbiristanlıqda bıçaqlanma hadisəsi baş verib. AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da Yasamal rayonu ərazisindəki qəbiristanlıqda, Xaçmaz rayon sakini Vüsal İmanov münaqişə zəminində Şəki rayon sakini Surxay Paşayevə bıçaqla xəsarət yetirib.


Çevik Polis Alayı və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. İmanov tutulub.

AzNews.az