Milli Şura pul toplayacaq - Marafon
1 Fevral 2014 11:43 (UTC+04:00)
Milli Şura fevralın 4-də marafon keçirəcək.
Bu barədə AzNews.az-a Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib. Onun sözlərinə görə, marafon son aksiyada həbs olunanların cəriməsinin ödənilməsi üçün təşkil olunacaq:
"Marafon demokratik düşərgə üçündür. Aksiyada həbs olunanlar ümumilikdə 5600 manat cərimə olunub. Cərimə tətbiq edilən gənclərin arasında müsavatçılar da var... Biz fərq qoymuruq".
Bahar Rüstəmli
AzNews.az