ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

2 Fevral 2014 22:43 (UTC+04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.

Həmsədrlər fevralın 3-də Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər.

Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.

Qeyd edək ki, yanvarın 23-24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilib.

Həmsədrlər görüşün yekunlarına dair bəyanatlarında münaqişənin sülh yolu ilə nizamlanmasına dair işi davam etdirməyə və iki ölkənin prezidentlərinin görüşünü təşkil etməyə hazır olduqlarını bildiriblər.


AzNews.az