Qusarda zəlzələ

3 Fevral 2014 09:20 (UTC+04:00)
Qusarda 3,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla dünən saat 21:37-də Qusardan 8 km şimal-qərbdə, 48 km dərinlikdə zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.

AzNews.az