Bakıda bir nəfər donaraq öldü
3 Fevral 2014 09:42 (UTC+04:00)
Bu gecə saat 02:00 radələrində Bakının Səbail rayonu ərazisində 51 yaşlı qadın şaxtadan donaraq ölüb.
Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən anpress-ə verilən məlumata görə, Xanlar küçəsi 24 ünvanın küçədən donmuş qadın meyidi tapılıb.
Qadının kimliyini araşdıran zaman məlum olub ki o, həmin ərazidə küçədə yaşayırmış. Onun 1963-cü il təvəllüdlü Mişakkiyeva Tatyana Nikolayevna olduğu müəyyənləşib. Qadın küçədə tüfeyli həyat tərzi keçirib, spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az