13 yaşlı oğlan intihar etdi- Qusarda
3 Fevral 2014 10:18 (UTC+04:00)
Azərbaycanda yeniyetmə intihar edib.
Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yasab kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Rəşad Cəlilov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
AzNews.az