“Erməni girovla görüşümüz baş tutmayıb” - BQXK

3 Fevral 2014 12:38 (UTC+04:00)


"Erməni girovla görüş üçün Azərbaycan hökumətinə müraciət edilib".


Bunu AzNews.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, Nümayəndəlik yanvarın 28-də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində saxlanılan Ermənistan vətəndaşı ilə bağlı müvafiq hökumət nümayəndələri ilə danışıqlara başlayıb: "Bu danışıqlar davam etdirilir. Hələlik isə erməni girovla görüşümüz baş tutmayıb".

Qeyd edək ki, yanvarın 28-da saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistanın kəşfiyyat-diversiya qrupunun bələdçisi olan Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə Azərbaycan tərəfindən saxlanılıb.

Amid
AzNews.az