Niderlandın xarici işlər naziri Azərbaycana gəlir

3 Fevral 2014 13:40 (UTC+04:00)
Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də 2014-cü il tarixində Azərbaycan Respublikasına rəsmi səfər edəcək.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Frans Timmermansın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

E. Məmmədyarovla görüşdən sonra mətbuat konfransı keçiriləcək.

AzNews.az