“28 May”da “Cümhuriyyət“ muzeyi yaradılır

3 Fevral 2014 14:07 (UTC+04:00)
"28 May" stansiyasında "Cümhuriyyət" muzeyi yaradılacaq. Metropolitendən AzNews.az-a sayıtına verilən məlumata görə, Metropoliten rəisi Tağı Əhmədov "28 May" stansiyasında aparılan yenidənqurma işlərlə tanış olub. Platforma səviyyəsində metropoliten rəisi Tağı Əhmədov muzeyin qurulması üzrə işlərlə tanış olub. Bildirilib ki, cümhuriyyətə ayid müvafiq guşələrin formasını da aydın görmək olur.

Tağı Əhmədov sahədə müasir effektiv texnoloji vasitələrdən, radioelektronika sistemlərindən istifadə edilməsini tapşırdı. O, xronoloji tarixin təsviri, rəsmi-sənədli məlumatların, materialların əksini tapmasını, maket, eksponat və yerləşdirilməsini, həmçinin muzeyin mövzu əhatə dairəsi ilə bağlı tapşırıqlarını verib.

Xatırladaq ki, "28 May" stansiyasında Məhəmməd Əmin Rəsulzadənin təsviri olan mozaika yenidən qurma işlərindən sonra sökülüb. Bütün təsvirlər stansiyada mövcud olacaq muzeydə yerləşdiriləcək.

Amid
AzNews.az