İsmayıllıda bu gün ikinci zəlzələ

3 Fevral 2014 14:10 (UTC+04:00)
Azərbaycanın İsmayıllı rayonunda zəlzələ baş verib.

AzNews.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:43:44 -də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

AzNews.az