Maydanda iki silahlı muzdlu saxlanıldı

3 Fevral 2014 15:08 (UTC+04:00)

Ukrayna paytaxtı Kiyevdə milis əməkdaşları iki silahlı şəxsi saxlayıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan tapança və kustar üsulla hazırlanan odlu silah götürülüb. Milisin yaydığı məlumata görə, hər iki şəxs silahı Maydandan aldığını bildirib.

Saxlanan şəxslərin Kiyevə aksiyalarda iştirak edərək pul qazanmaq istəyi ilə gəldiyi iddia olunur. Bunun üçün bir gündə muzdlulara 25 dollar ödənildiyi də iddialar arasındadır. Saxlananların Maydanda silah aldıqları şəxsin konkret adının çəkməsələr də, onun müxalifətçilərdən biri olduğunu bildiriblər.

Elnur
AzNews.az