Mədrəsə binası dağıldı, 56 yaralı

3 Fevral 2014 17:00 (UTC+04:00)
Qırğızıstanın Jalal-Abad vilayətinin Suzak rayonunun Lenin kəndində ehsan verilməsi zamanı mədrəsənin tavanı dağılıb.

Trend-in verdiyi məlumata görə, hadisə nəticəsində 56 nəfər xəsarət alıb.

Jalal-Abad vilayətinin Daxili İşlər İdarəsinin mətbuat xidmətinin məlumatına görə, kənd mədrəsəsində 58 yaşında vəfat edən imamın ehsan mərasimi keçirilirdi. Ehsanda 700 nəfər iştirak edib. Bu zaman 150-yə yaxın şəxs mədrəsinin ikinci mərtəbəsində olub. Nəticədə köhnə tavan ağırlığa tab gətirməyərək dağılıb.

56 nəfərin xəsarət aldığı hadisədə ölən yoxdur.

AzNews.az