Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

3 Fevral 2014 18:49 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

DGK sədrinin müavini Şahin Soltan oğlu Bağırova gömrük xidməti general-leytenantı, DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Mustafa oğlu Qasımova isə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Dövlət başçısı DGK əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və mətbuat, səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə DGK-nın əməkdaşları Axundov Natiq Sabir oğluna "Əməkdar jurnalist", Qədiməliyev Fikrət Gülverdi oğluna isə "Əməkdar həkim" fəxri adı verilib.


AzNews.az