Alman deputat: “Ərdoğan ermənilərdən üzr istəməlidir”

3 Fevral 2014 22:51 (UTC+04:00)
"Ərdoğan ermənilərdən 99 il öncə törədilən soyqırıma görə üzr istəməlidir".

"Axar.az" xəbər verir ki, bu sözləri Xristian Demokrat Partiyasının deputatı Erika Şteynbax deyib. Parlamentdə çıxış edən deputat türklərin öz əcdadlarının etdiklərinə görə üzr istəmək vaxtının çatdığını bildirib: "Ərdoğanı Osmanlı imperiyası dövründə gənc türklərin törətdiyi soyqırıma görə ermənilərdən üzr istəməyə çağırıram. Ermənilərin başına gətirilənlər dərsliklərə salınmalı və tarixin saxtalaşdırılması dayandırılmalıdır".
Qeyd edək ki, hazırda Xristian Demokrat Partiyasının iqtidarda olduğu Almaniya erməni soyqırımını tanıyan ölkələr siyahısında yer alıb.