Bu gecə temperatur 8,4 dərəcə aşağı düşüb

4 Fevral 2014 10:22 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında fevralın 3-də müşahidə edilən havanın minimal temperaturu iqlim normasından 8,4 dərəcə aşağı olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu gecə havanın minimal temperatur mənfi 6,7 dərəcə olub. Ancaq bu temperatur rekord göstərici sayılmır. Bakı və Abşeron yarımadasında havanın iqlim normasından aşağı olması ilə bağlı rekord göstərici 2012-ci ildə qeydə alınıb.

Qeyd edək ki, fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək. Bu barədə öncəTrend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dək havanın minimal temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Bu müddətdə əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Şaxtalı hava şəraiti isə davam edəcək. Fevralın 7-dək bəzi ərazilərdə gün ərzində qısamüddətli zəif qar yağması istisna olunmur.

AzNews.az