Türkiyəli sürücü qəza törətdi: ölən var

4 Fevral 2014 12:05 (UTC+04:00)
Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 4-də gecə saat 1:00 radələrində Kürdəmir rayonu Atakişili kəndinin ərazisində Türkiyə vətəndaşı Kenan Kazmaçı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma gedir.

AzNews.az