Baş nazirin mühafizəçiləri işdən kənarlaşdırılıb

4 Fevral 2014 13:54 (UTC+04:00)

Türkiyə baş nazirinin 23 mühafizəçisi vəzifədən azad edilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərar baş nazir Rəcəb Tayyib Ərdoğanın ofisində tapılan dinlənmə cihazları ilə bağlı hesabatın hazırlanmasından sonra qəbul edilib.

İşindən kənarlaşdırılanlar arasında Ərdoğanı yaxın məsafədən qoruyan mühafizəçilər də var.

Elnur
AzNews.az