Dünya dövlətlərinin hərbi xərcə görə reytinqi

4 Fevral 2014 17:00 (UTC+04:00)
3 il ərzində Rusiyanın dövlət büddcəsinin 40%-dən çoxu müdafiiə sektorunun payına düşə bilər.


Anspress-in RİA Novosti xəbər agentliyinə istinadən verdiyi məlumata görə, "IHS Jane’s Annual Defence Budgets Review" tərəfindən tərtib olunan reytinq siyahısının ilk üçüncü pilləsində Rusiya yer alıb.

Rusiyadan əvvəldə isə ABŞ və Çin qərarlaşıb. Rusiyanın siyahıda Yaponiya və Böyük Britaniyanı qabaqladığı bildirilir. 2014-cü ildə müdafiə büddcəsinin xeyli miqdarda artacaq olan 4 dövlətin Yaxın Şərqdə yerləşdiyi barədə məlumat reytin siyahısında qeyd olunub. 2015-ci ilə qədər Rusiya Federasiyasının və Çinin hərbi büdcələrinin Avropa Birliyinin hərbi xərclərini üstələyəcəyi bildirilir.

Birləşmiş Ştatların hərbi büdcəsi 585,4 mlrd. dollar olub. İkinci yerdə 139,2 mlrd. dollarla Çin, üçüncü yerdə 68,8 mlrd. dollarla Rusiya, dördüncü yerdə 58,8 mlrd. dollarla Böyük Britaniya, beşinci yerdə 56,8 mlrd. dollarla Yaponiya, altıncı yerdə 53 mlrd. dollarla Fransa gəlir.


AzNews.az