Azərbaycanlı model türk aktyordan boşanır

5 Fevral 2014 09:57 (UTC+04:00)


Türkiyəli aktyor Tolga Karellə 3 il əvvəl ailə həyatı quran azərbaycanlı model Günay Musayeva boşanmağa qərar verib.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur cütlük artıq qərarını qətiləşdirib və boşanmaq üçün ərizə məhkəməyə təqdim olunub. Boşanmadan sonra cütlüyün 2 yaşlı oğlunun anasının himayəsinə veriləcəyi gözlənilir.

Məhkəmənin ilk iclası fevralın 14-də keçiriləcək.

Elnur
AzNews.az