Aydan Şener Bakıya gəlir

21 Avqust 2012 12:31 (UTC+04:00)



Türkiyənin tanınmış aktrisası, "Çalıquşu" serialının qəhrəmanı Azərbaycana gəlir. Aydan Şener bir neçə gün Bakıda olacaq. Bu barədə milli.az-a tanınmış türkiyəli aktrisanın vətənimizə səfərini təşkil edən mərkəzin əməkdaşı Vüsalə Ümidəliyeva məlumat verdi.


Onun sözlərinə görə, Aydan Şener avqustun 23-də Bakıya təşrif buyuracaq və reklam siması olacağı şirkətin çəkilişlərində iştirak etməkdən ötrü ayın 29-na qədər paytaxtımızda qalacaq.

Qeyd edək ki, Aydan Şener, tanınmış türk yazıçısı Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı əsasında ekranlaşdırılmış eyni adlı serialda oynadığı Fəridə obrazı ilə məşhurlaşıb.


AzNews.az