Temperatur normadan 7 dərəcə aşağı olub- Proqnoz
5 Fevral 2014 10:58 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında fevralın 4-də müşahidə edilən havanın minimal temperaturu iqlim normasından 7 dərəcə aşağı olub.
Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bu gecə Bakıda və Abşeron yarımadasında havanın minimal temperatur mənfi 3-5 dərəcə olub.
Ötən gün ərzində artıq ölkə ərazisinə düşən qarın əriməsi müşahidə edilib.
Lerikdə qarın hündürlüyü 39, Lənkəranda 26, Qaxda 21, Astarada 23, Daşkəsəndə 15, Yardımlıda 14, Sumqayıtda 16, Bakıda 4 sm-dir.
Qeyd edək ki, fevralın 7-dək Bakıda anomal şaxtalı hava şəraiti davam edəcək.
AzNews.az