Banklardakı əmanətlər vergidən azad edildi- QANUN
5 Fevral 2014 13:13 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilədək banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanunu imzalayıb.
Qanunda qeyd olunur ki, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2014-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə gəlir vergisindən azad edilsin.
Qeyd edək ki, banklar və digər kredit təşkilatlarının əhaliyə ödədiyi əmanətlər üzrə faiz dərəcələrinə qarşı ilk vergi güzəştləri 1999-cu ildə tətbiq edilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2014-cü ilin əvvəlinə ölkə banklarında əhalinin əmanətləri 6,39 milyard manat təşkil edib.
AzNews.az